“Azərreyl” klubu italiyalı baş məşqçiyə həvalə olunub

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun yeni baş məşqçisi açıqlanıb.

Bakı təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komandanın idarəsi 58 yaşlı Paolo Tofoliyə həvalə olunub. Onunla 1 illik müqavilə imzalanıb. Fəaliyyətinə oyunçu olaraq başlayan italiyalı baş məşqçi dəfələrlə ölkəsində voleybolun şərəfini qoruyub və bu sahədə göstərdiyi uğurlara görə mükafatlandırılıb.

2010-cu ildən məşqçi kimi çalışan P.Tofoli həm kişi, həm də qadın komandalara rəhbərlik edib.