Hövsana daha bir marşrut xətti açıldı

"BakuBus" 120 E nömrəli müntəzəm marşrut xəttini istifadəyə verib.

Bu barədə Trend-ə "BakuBus” MMC-dən məlumat verilib.

Avtobuslar "28 May" metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edəcək.

Gedişhaqqı 80 qəpikdir.