Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Trend-ə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.