Universitetlərə qəbul olunanlar üçün qeydiyyat prosesinin müddəti uzadıldı

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi 9 sentyabr saat 18:00-a qədər uzadılıb.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

 

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.