Rusiya sülhməramlılarının avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

Şuşa, 20 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 130-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 2 minik, 31 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Gallery