Aksiya ərazisindən keçərək Laçın istiqamətinə gedən BQXK-yə məxsus avtomobillər geri qayıdıb

Şuşa, 13 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin 5-i bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 123 gündür davam edir.

Gallery