Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri qida və yanacağa ehtiyaclarının olduğunu bildiriblər

Bakı. Trend:

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri yanacağa ehtiyaclarının olduğunu bildiriblər.

Trend xəbər verir ki, bu barədə Qarabağın erməni sakinlərini Yevlaxda keçirilən görüşdə təmsil edən Sergey Martirosyan və David Melkumyan Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri ilə keçirilən görüşdə bildiriblər.

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.

Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.