Bakı. Trend:
Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir.
Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyib.
"Eyni zamanda,Qarabağ bölgəsindəki mülki şəxsləri məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə və mövqelər qurmağa cəhd göstirirlər", - deyə A.Eyvazov əlavə edib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.