Türkiyənin ilk yerli və milli sürücüsüz metro nəqliyyatı istifadəyə verilib

Bakı. TurkicWorld:

Türkiyənin ilk yerli və milli sürücüsüz metro nəqliyyatı istifadəyə verilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Gebze OSB-Darıca sahil xətti üçün xüsusi olaraq hazırlanmış sürücüsüz metro vasitəsi milli texnologiya vizyonunun ən yaxşı nümunələrindən və məhsullarından biridir. Türkiyənin bütün layihələrində yerlilik və milliyyəti ön planda tutaraq, ölkənin gələcəyini yerli istehsal, yüksək texnologiya və qlobal marka kimi üç əsas başlıq altında düşünürük",- Uraloğlu bildirib.