Türkiyənin yerli logistika robotu "TARQAN" TEKNOFEST-də nümayiş etdirilib

Bakı. TurkicWorld:

Türkiyənin yerli logistika robotu "TARQAN" TEKNOFEST-də nümayiş etdirilib.

TurkicWorld-un məlumatına görə, türk mühəndisləri tərəfindən yerli və milli imkanlarla hazırlanmış, bir tona qədər yük daşıya bilən logistik robot TARQAN, Ankarada TEKNOFEST sərgisində nümayiş etdirilib.

Hündürlüyü 194 millimetr olan və öz sinfinin ən naziki olaraq xarakterizə edilən robot, icra anbarlarında sürəti və səmərəliliyi artırmaq üçün hazırlanıb.

OPLOG şirkəti tərəfindən istehsal edilən robot anbardaxili səmərəliliyi 400 faizə qədər artırır və ənənəvi anbarlarda insan tərəfindən törədilən sifariş toplama səhvlərini 99,99 faiz azaldır. Ənənəvi anbar prosesləri ilə müqayisədə yığım sürətini üç dəfə artıran TARQAN, məhsulların tam və vaxtında istehlakçılara çatdırılmasını təmin edir.

Şirkətin qurucusu və baş direktoru Halit Develioğlu 10 ildir logistika sahəsində fəaliyyət göstərdiklərini bildirib.

"Logistika artıq satılan malların çatdırılması deyil, satışın həyata keçirilməsi üçün əhəmiyyətli bir rəqabət gücüdür. Biz də ölkəmizi bu güclə əhatə etmək üçün milli texnologiyalar inkişaf etdiririk. Elektron ticarət dünyasında logistika da çox önəmlidir",- deyə Halit Develioğlu qeyd edib.

Robotun Ankarada istehsal edildiyini bildirən Develioğlu, firmanın İngiltərə, Almaniya və ABŞ-da yerləşən anbarlarında da istifadə edildiyini, bununla da həm Türkiyədə, həm də dünyada iş görən bütün şirkətlərə əhəmiyyətli bir güc qatdığını