Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını heç zaman qəbul etməyəcək - Hikmət Hacıyev

Ağdam. Trend:

Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını heç zaman qəbul etməyəcək.

Trend Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Kimlərsə düşünürsə ki, mövcud şrəaiti olduğu kimi dava etdirəcəklər, bu seperatist statusta yaşamağa davam edərək qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bu baş verməyəcək. Azərbaycan heç bir halda buna dözməyəck. Onların bu yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niyyət və xsilətlərini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma, qanunsuz rejimin mövcudluğunu təmin etməkdir", - deyə H. Hacıyev bildirib.