“AzerGold” QSC tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan şəhid anaları ziyarət edilib.
QSC-nin yerli əhali və icmalarla iş prioritet istiqaməti çərçivəsində təşkil edilən ziyarətin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatələnməsi istiqamətində dövlətimizin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.