Təyyarə qəzasında həlak olan Anar Babayev Astarada dəfn edilib

Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan 1991-ci il təvəllüdlü Astara rayon Şiyəkəran kənd sakini Anar Babayevin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailəsi ilə vida mərasimindən sonra 33 yaşlı Anar Babayevin cənazəsi Şiyəkəran kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.