“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarından 4 nəfərin nəşi bu gün AZAL təyyarəsi ilə Bakıya gətiriləcək.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqalədə Hallar Nazirinin müavini general-mayor Adil Abdullayev bildirib.
"Digər şəxslərin nəşinin gətirilməsi üçün dövlətin aidiyyəti strukturları tərəfindən işlər aparılır", - o əlavə edib.