Dekabrın 26-da Beynəlxalq Türk Akademiyasının kollektivi Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinə gələrək bir gün əvvəl baş vermiş təyyarə qəzası qurbanlarının xatirəsini anıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesikbayev kollektiv adından başsağlığı kitabına ürək sözlərini yazıb.
Akademiya qardaş Azərbaycan xalqına və bu faciədən zərər çəkmiş hər kəsə dərin hüznlə başsağlığı verib.