Yılmaz Akınçı: Azərbaycan jurnalistlərinə təzyiq göstərənlər tez bir zamanda cəzalandırılmalıdır

Bakı, 30 iyun, AZƏRTAC

Medianın iş şəraiti və azadlığının qorunması konstitusiya və beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq media azadlığı sahəsində nümunə olmağa çalışan ölkələrdən biri olan Fransada öz xidməti vəzifəsini yerinə yetirən jurnalistlərə təzyiq göstərməsi yolverilməzdir. Bu hadisə insanda kədər hissi doğurur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əl-Cəzirə Media Şəbəkəsinin İstanbul şöbəsinin əməkdaşı Yılmaz Akınçı deyib.

Əl-Cəzirənin müxbiri vurğulayıb ki, jurnalistlər müqəddəs iş yerinə yetirirlər və toxunulmazdırlar. Bu qəbildən olan hücumlara və təzyiqə göz yumulması heç bir çərçivəyə sığmır və qəbuledilən deyil.

“AzTV-nin əməkdaşlarının aparıcı televiziya kanalının jurnalistləri kimi mühüm vəzifələri var. Onlar peşə məsuliyyəti daşıyır və dünyada həqiqəti yaymağa çalışırlar.

Tez bir zamanda Azərbaycan Televiziyasının jurnalistlərinə təzyiq göstərənlər cəzalandırılmalıdır. Bir daha bu cür halların yaşanmamasına ümid edirik”, -deyə Yılmaz Akınçı fikirlərini yekunlaşdırıb.