Cəbrayıl və Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 14-də Cəbrayıl və Füzuli şəhərinə köçürülən sakinlərdən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası və dönərxana zərfi üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərdən artıq 140-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.