“Gözləntilərimiz Paris məqsədlərinə uyğunlaşmaq üçün 2030-cu ilə qədər emissiyaları 43% azaltmaqdır”.
AZƏRTAC xəbər verir ki, bunu COP28-in baş icraçı direktoru Adnan Amin Bakıda COP29 çərçivəsində keçirilən "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbirdə deyib. O bildirib ki, uyğunlaşma və dayanıqlılıq üzrə ardıcıl tədbirlər görülməlidir və bu, maliyyə ilə dəstəklənməlidir. “Dubayda ilk dəfə qəbul etdiyimiz BƏƏ konsensusu təsirlərin yumşaldılması üzrə konkret, hədəf yönümlü nəticəni özündə əks etdirib. COP29 Dubayda razılaşdırdığımız məqsədlərə çatmağa imkan verən çərçivəni, maliyyələşdirməni və həyata keçirmə vasitələrini həll edəcək. “Troyka” olaraq bizim üç sədrliyimiz əsas məsələləri müzakirə etmək üçün aktiv səy göstərirlər”, - deyə COP28-in baş icraçı direktoru əlavə edib. O bildirib ki, BƏƏ konsensusunda yer alan hədəflərə nail olmaq mümkün olsa bu, dünyanı on ilin sonuna qədər tələb edilən yumşaldılmanın üçdə ikisinə çatdıracaq. Adnan Amin bunun üçün maliyyənin tələb olunduğunu deyib: “Biz maliyyəni daha əlçatan etməyə kömək edən İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə sahib olmalıyıq. Biz eyni şəkildə yumşaldılma tələblərimizi həll etmək və BƏƏ-nin Müəyyənləşdirilmiş Milli Töhfələrinə (MMT) uyğunlaşdırılmış ambisiya səviyyəsini sürətli şəkildə artırmaq üzərində işləyirik. Mən bilirəm ki, bir çox tərəfdaşlar, xüsusən də Azərbaycan buna necə töhfə verə biləcəyini nəzərdən keçirir. Buna görə də biz nümunə olmaq istəyirik”.