Dünyanın ən dəyərli heyətə malik komandaları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Transfermarkt” portalının tərtib etdiyi siyahıda 4 türk klubu da yer alıb.
Heyətinin dəyəri 1,36 milyard avro olan İspaniya nəhəngi “Real Madrid” birinci yerdə qərarlaşıb. İngiltərənin “Mançester Siti” komandası (1,26 milyard avro) ikinci sıradadır. İlk “üçlüy”ü isə “Dumanlı Albion”un digər təmsilçisi “Arsenal” tamamlayıb - 1,16 milyard avro.
Türkiyənin “Qalatasaray” komandası heyətinin dəyərinə (262 milyon avro) görə 47-ci pillədə qərarlaşıb. “Fənərbağça” (226 milyon avro) 54-cü, “Beşiktaş” (140 milyon avro) 81-ci, “Trabzonspor” isə (105 milyon avro) 99-cu sıradadır.