Azərbaycanın COP29-a ev sahibliyi etməsi bu ölkənin dünyaya daha da tanıdılması üçün çox böyük töhfədir.
Bunu AZƏRTAC-a müsahibəsində məşhur fotojurnalist Reza Deqati deyib.
O bildirib ki, COP29-da yüzlərlə ölkənin prezidenti, o cümlədən minlərlə tanınmış şəxslər iştirak edir.
“Mövzu çox aktualdır. Konfrans iştirakçıları COP29-da Azərbaycanın gördüyü işlər, gələcək planları barədə məlumatlandırılır. Çox şadam ki, mən də bu tədbirin iştirakçısıyam. Yaşıl Zona mənim diqqətimi daha çox cəlb etdi. Mən memar gözü ilə baxaraq deyə bilərəm ki, bu zona Azərbaycana uyğun hazırlanıb. Artıq neçənci COP tədbirində iştirak edirəm. Bundan əvvəlki COP tədbirləri ilə müqayisədə düşünürəm ki, COP29 həlledici olacaq”, - deyə R.Deqati qeyd edib.