Füzulidə 8 Noyabr - Zəfər Gününün dördüncü ildönümünə həsr edilən silsilə tədbirlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən Zəfər Günü münasibətilə hazırlanan tədbirlər planına əsasən, öncə ağacəkmə aksiyası keçirilib. Zəfər yolunun kənarında Hava Limanı ərazisində keçirilən aksiyada Xüsusi Nümayəndəliyin və digər qurumların əməkdaşları, Füzuli sakinləri iştirak ediblər. Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, Zəfər Günü münasibətilə, həmçinin Füzuli şəhərində sərgi nümayişi, konsert proqramı və atəşfəşanlıq nəzərdə tutulub.