Azərbaycan millisinin Türkiyə ilə oyunlar üçün heyəti açıqlanıb

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət milli komandasının təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ şəhərində təşkil ediləcək hazırlıq prosesinə 23 oyunçu cəlb edilib.

Bunlar Bilal Hacıyev, Oqtay Mehrəliyev, Uğur Qurbanlı, Vaqif Nəbiyev, Ömər Fətəliyev, Əli Bəşirov, Murad İsmayılov, Cavidan Əlizadə ( hamısı “Qarabağ”), Ruslan Quliyev, (“Neftçi”), Əbubəkir Abdullayev, Nihad Hüseynzadə, Rəvan Məmmədov, Ruslan Əbilov (hamısı “Sabah”), Mirzə Məmmədli, Tunar Əsgərzadə, Ömər Kosayev (hamısı “Sumqayıt”), Mehdi İsmayılov, Tunar Bayramov (hər ikisi “Qəbələ”), Cəfər Balakişiyev (“Zirə”) və Yusif Orucəliyevdir (EFA).

Yığma toplanış çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə oktyabrın 28-də və 31-də iki yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 23-dən noyabrın 1-dək davam edəcək.