İDMAN:  “Abşeron” Türkiyədən transfer edib

“Abşeron” yeni basketbolçu ilə anlaşıb.

İdman.biz xəbər verir ki, klub 19 yaşlı gənc basketbolçu Ömər Əlizadəni heyətinə qatıb.

188 sm boya malik basketbolçu oyunqurucusu mövqeyində çıxış edir. O, buna qədər Türkiyədə "Emlak Konut", "Nova" və "Haznedar Doruk" komandalarında oynayıb.