Kəlbəcər. Trend:
Azərbaycandakı xristian və yəhudi icmalarının rəhbərləri və üzvləri Xudavəng monastr kompleksini ziyarət ediblər.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Alban-Udi xristian dini icmasının təşəbbüsü və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan rus pravoslav, katolik, protestant kilsələrinin rəhbərləri və üzvləri, həmçinin yəhudi icmasının bir qrup nümayəndəsindən ibarət 50 nəfərə yaxın böyük heyət bu gün Kəlbəcər rayonunda yerləşən Xudavəng monastr kompleksini ziyarət ediblər.
İcma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.