Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilə bağlı 12 poliqon yeri seçilib

Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilə bağlı 12 poliqon yeri seçilib, onların 9-nun sərəncamı verilib.

"Report"un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi ilk gündən aktual mövzulardan biri olub:

"Sözügedən poliqonlar üzrə qiymətləndirmə layihələri həyata keçirilib. Yaxın günlərdə bir neçə poliqonun tikintisi ilə bağlı işlərə başlanılacaq. Həmçinin, azad edilmiş ərazilərdə 60 texnika, 500-dən çox konteyner quraşdırılıb".