Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən getdi

Yaşar İsakov Müdafiə Sənayesi Nazirliyinin (MSN) sözçüsü vəzifəsindən ayrılıb.

Trend xəbər verir ki, bu barədə özünün "Facebook" səhifəsində bildirib.

"Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsindən ayrıldım", - deyə paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, Yaşar İsakov əvvəllər müxtəlif qəzet və saytlarda işləyib, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətlərinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.